IQNA

18:15 - June 27, 2011
Xəbər sayı: 2145364

Misirin Quran qiraəti əsrinin sonuncu yadigarı Əbul-Eyneyn Şueyşə

Beynəlxalq şöbə: Adı qarilər arasında məşhurlaşmış və Quran hamilərindən Misir ölkəsinin qızıl əsrinin sonuncu yadigarı Ustad Əbul-Eyneyn Şueyşə tir ayının 2-si 89 yaşında bu dünyaya əlvida dedi və onun gedişi ilə Misirin tilavət səmasının sonuncu parlaq ulduzu söndü.

İranın Quran Xəbər Agentliyinin məlumatına əsasən, Əbul-Eyneyn Şueyşə Qurani-Kərimin qiraəti üzrə misilsiz idi. Sözlərə və kəlmələrə diqqət yetirərək onun xüsusiyyətlərinə uyğun güclü tələffüzündə ustad idi. O, Ustad mərhum Məhəmməd Rüfətin üsulu ilə Quranı tilavət edən əsrin yeganə qarisi idi. Buna görə də Əbül-Eyneyn Şəyəşe Müasir qarilərdən ən məşhuru hesab olunurdu və həmişə dünyada Qurani-Kərimi sevənlər onun təsiredici tilavətindən ləzzət alırdılar.
Əbul-Eyneyn Şueyşə Misirin ilk qarisi idi ki, Əğsa məscidində Qurani-Kərimi tilavət edirdi. 70-ci illərin əvvəllərində Misirin böyük qarilərinin, o cümlədən
Şeyx Mahmud Əli Əl-Bona, Əbdülbəsat Əbdülsəmədin həmkarlığı ilə Misirdə qarilərin birliyini yaratdı və 1988-ci ildə onun rəhbəri kimi seçildi. 814161
captcha