IQNA

Fars ədəbiyyatının ixtisas artırma kursları İslam maarifinin yüksəlişinə zəmin yaratdı

19:29 - June 27, 2011
Xəbər sayı: 2145394
Mədəniyyət və incəsənət şöbəsi: İslam mədəni əlaqələr təşkilatının elm və tədris şöbəsinin rəhbəri Məhəmməd Rza Dəhşiri Şirazda keçirilən 74-cü fars dili və ədəbiyyatının ixtisasartırma kursları haqqında söhbətində bildirdi: Fars ədəbiyyatının ixtisas artırma kursları İslam maarifinin yüksəlişinə zəmin yaratdı.

İranın Quran xəbər agentliyi və İslam araşdırmalar və mədəni təşkilatlar şöbəsinin məlumatına əsasən, Dəhşiri bu mərasim haqqında danışaraq Şirazı Sədinin qəzəli ilə vəsf etdi və dedi: İxtisasartırma kursarının açılış mərasimi tir ayının 4-ü Şiraz universitetində keçirildi.
O, söhbətinin davamında ixtisasartırma kursu üçün məhz Şirazın məkan olaraq seçilməsini müqəddəs iş hesab etdi. Bildirdi ki, Şiraz bütün tələbələr üçün ən yaxşı və ən üstün , ən gözəl elmi tədqiqat məkanıdır. Çünki, Şiraz və şirazlıların qonaqpərvərliyi hamını razı salır, həm də Şiraz fars mərifət dünyasına açılan bir darvazadır.
Qeyd olunmalıdır ki, 74-cü fars dili və ədəbiyyatının ixtisasartırma kursları tir ayının 4-ü Fars dilinin və mədəniyyətinin yayılması və genişlənməsi təşkilatının həmkarlığı və İİR-nın mədəniyyət mərkəzi, Şiraz universitetinin təşəbbüsü ilə 16 ölkədən gəlmiş 60 tələbənin iştirakı ilə Şiraz universitetində öz işinə başladı. 815444
captcha