İran Quran Xəbər Agentliyi (İQNA): “Nun” xəbər bürosunun məlumatına əsasən, dünya kəldani xristianlarının rəhbəri bu gün səhər Nəcəfül-Əşrəfə daxil oldu, Ayətullah Sistani və bu şəhərin digər dini rəhbərləri ilə görüşdü.
Kardinal Delisum bu görüşdə İraqın yenidən qurulması üçün milli birlik və vəhdət çərçivəsində həmkarlığın zəruriliyini bildirdi.
Bu hesabata əsasən, dünya kəldani xristianlarının rəhbəri tir ayının 7-də Nəcəfül-Əşrəfə Ayətullah Əl-üzma ilə görüşmək üçün gəlmişdi, lakin şiələrin mərcəsinin qəbul siyahısı dolu olduğundan onunla görüşə bilmədi.
Qeyd olunmalıdır ki, Katolik kilsəsi adı ilə tanınan kəldani kilsəsi müstəqil vatikan kilsəsidir, Papanın rəhbərliyini rəsmi şəkildə tanıyır. Kəldani kilsəsinin rəhbəri Kardinal Əmanuel Deli İraq ölkəsinin sakinidir. 819784