İran Quran Xəbər Agentliyi (İQNA): “mosquee-el-houda” xəbər bürosunun məlumatına əsasən, “Əlhuda” islam təşkilatı bu şəhərin müsəlmanlarından cümə günü yerli vaxtla saat 14-də bu şəhərdə etiraz nümayişlərinə başlamağı və şuranın qərarının əleyhinə çıxmağı tələb etdi.
“Əlhuda” islam təşkilatı bundan öncə Fransanın baş nazirinə ünvanladığı məktubda öz etirazını bildirmişdi, ancaq Fransa nazirliyi bu məktuba əhəmiyyət vermədi.
“Əlhuda” məscidi milady 1981-ci ildə təsis edilmişdir və 400-dən artıq insanın namaz qılması üçün şəraiti var idi. Ancaq Gennevilliers dövlət rəsmiləri bu ərazinin dövlətə məxsus olduğunu bəhanə gətirərək bu ibadət mərkəzini bağlamaq niyyətindədir.
822884