İran Quran Xəbər Agentliyi (İQNA): “Nəsic” xəbər bürosunun məlumatına əsasən, bu mərasim Qurani-Kərimin əzbərlənməsi təşkilatının həmkarlığı ilə və çoxsaylı din və siyasət xadimlərinin iştirakı ilə keçirildi.
Ərəbistanın Pakistandakı səfiri Məhəmməd Rəfiq Tarer, Pakistanın sabiq prezidenti Əbdüləziz İbn İbrahim Əl-qədir, Beynəlxalq yardım fondunun müdiri Əbdullah İbn Məhəmməd Əl-hubhub, Pakistanın “Beytul-mal” komitəsinin rəhbəri və Pakistanın bir sıra yüksək məqam sahibləri, ruhaniləri, aliməri və Quran tələbələri “Mahur” Quran müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edirdilər..
Bu mərasimin sonunda “Mahur” Quran müsabiqəsinin qalibləri dəyərli hədiyyələrlə mükafatlandırıldılar.
825157