IQNA

Yəmənin paytaxtında Quran mərkəzlərinin açılışı keçirildi

16:40 - July 14, 2011
Xəbər sayı: 2154510
Beynəlxalq şöbə: Qurani-Kərimin əzbərlənməsi üçün yay təlimi mərkəzləri tir ayının 21-i Yəmənin paytaxtında açıldı.
İran Quran Xəbər Agentliyi (İQNA): Yəmənin rəsmi “Səbanet” xəbər bürosunun məlumatına əsasən, Qurani-Kərimin əzbərlənməsi üçün yay təlimi mərkəzlərinin açılış mərasimi Sənau vilayətinin yerli şurasının baş katibi Əbdül Ğəni Hifzullah Cəmilin iştirakı ilə Sənau məntəqəsində yerləşən “Qəba” məscidində keçirildi.
Yəməndə Qurani-Kərim mərkəzlərinin baş müavini Əbdülrəhman Əl-mozəllem Qurani-Kərimin əzbərlənməsi üçün yay təlimi mərkəzlərinin açılış mərasimində iştirak edirdi, bu mərasimdə Sənau vilayətinin vəqf idarəsinin rəhbəri Saleh Xəmis Quran mərkəzlərinin əhəmiyyətindən bəhs etdi.
O, həmçinin qeyd etdi ki, bu fəaliyyətlər, islam əxlaqı və vətənpərvərlik adı ilə yeniyetmə və gənclərə aşılanır. Onları mənasız həyatdan və bihudə addımlardan qoruyacaq.
Bu məlumata əsasən, Qurani-Kərimin əzbərlənməsi üçün yay təlimi mərkəzlərinin açılış mərasimində surudlar oxundu və digər proqramlar da icra edildi.
825104
captcha