Beynəlxalq Quran müsabiqələrinin rəhbəri Əbdülrəsul Əbayi İQNA ilə müsahibəsində dedi: ali elmi-mədəni Quran fəaliyyətləri şurasının "Cihade Daneşqahi" də yeri boş qalmışdır.
Əbdülrəsul Əbayi çıxışının davamında dedi: Bu şuranın Cihad universitetində təşkili nəticəsində Quran fəaliyyətləri və Quran müsabiqələri keçirilməsi nəzərdə tutulur.
28-ci beynəlxalq İran Quran müsabiqələrinin münsiflər heyətinin rəhbəri Quran müsabiqəsində tələbələrin səviyyəsinə diqqət yetirərək dedi: Cihad universiteti müsabiqələrin keçirilməsindən öncə də tələbə və münsiflər heyəti ilə görüşərək müzakirələr aparmışlar.
Bu təşkilat Qurani gənclərin həyatına daxil etməyi bacarmalıdır. Çünki bu ilahi kitab həyat və yaşayışımızın ülgüsü və nümunəsidir. Cavanları da bu ruhda tərbiyə və təbliğ etmək lazımdır.
825478