IQNA

İngiltərədə Quran əzbərlənməsi və qiraəti müsabiqələri keçiriləcək

16:17 - July 21, 2011
Xəbər sayı: 2157511
Beynəlxalq şöbə: Quran əzbərlənməsi və qiraəti müsabiqələri şəhrivər ayının 5 və 6-sı (Ramazan 27 və 28)İngiltərə İslam mərkəzində-Londonda keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): “ic-el” xəbər bürosunun məlumatına əsasən, İngiltərənin islam mərkəzi elanı zamanı bu müsabiqələrin Ramazan ayında keçiriləcəyini bildirdi.
Bu mərkəz bu müsabiqələrdən əlavə, Ramazan ayı boyunca hə gün şam və işa azanından sonra Qurani-Kərimin 1 cüzvünün oxunması və sonra “Quran dərsləri” adlı məclis və proqramlar həyata keçirəcək.
Azandan sonra namaz şam və işa namazları qılınacaq, sonra iftar süfrəsi açılacaq. Sonra mübarək Ramazan ayı və Qurani-Kərimin fəzilətləri haqqında dualar oxunacaq.
Ramazan ayının 15-də də İmam Həsən Müctəba (ə)-ın İslam mərkəzində mövlud bayramı keçiriləcək.
Şəval ayının 1-i də İngiltərə İslam mərkəzində fitr bayramı namazı qılınacaq. 828729
captcha