IQNA

Belçikada “Ramazan ayının mənəviyyatından necə istifadə edək” adlı qurultay keçirilir

16:20 - July 26, 2011
Xəbər sayı: 2160454
Beynəlxalq şöbə: “Ramazan ayının mənəviyyatından necə istifadə edək” adlı qurultay mordad ayının əvvəlindən Belçikanın Liege şəhərində keçirilməkdədir.
İran Quran Xəbər Agentliyi (İQNA): “Markazattawhid” xəbər bürosunun məlumatına əsasən, Mübarək Ramazan ayı ərəfəsində “Tohid” mədəni-islam mərkəzinin təşəbbüsü ilə Belçikanın Liege şəhərində keçirilir.
Bu qurultayın keçirilməsinin əsas məqsədi müsəlman əhalini orucluq qaydaları və üsulları ilə tanış etməkdir.
Bu qurultay cari il mordad ayının 1-dən əsr namazından sonra müsəlman alimlərin çıxışları ilə başlandı və sonra mordad ayının 5-də Qurani-Kərimin qiraəti və suallara cavablarla öz işini tamamlayacaq.
“Tohid” islam mədəni mərkəzi Belçikanın Liege şəhərinin bir qrup gənclərinin vasitəsilə açılmışdır. ərəb dili dərslərinin , dini-islami iclasların keçirilməsini təşkil edir. 831907
captcha