IQNA

3:18 - August 07, 2011
Xəbər sayı: 2166152

Türkiyə İslam Əməkdaşlıq Təkilatının fövqəladə iclasını keçirilməsini istəyir

Beynəlxalq şöbə: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Afriqa ölkələrində baş verən proseslərdən narahatçılığını dilə gətirib və İƏT-ə üzv ölkələrin fövqəladə iclasının keçirilməsini istəyib.

İQNA Quran agentliyinin “afriqueexpansion” saytına istinadən məlumatına əsasən, Davudoğlu keçirdiyi mətbuat konfransında Afriqa ölkələrində əhalinin vəziyyətini böhranlı adlandırıb və İƏT -ə üzv ölkələrin fövqəladə iclas keçirərək həmin xalqa yardım etməsi istəyib.
Davudoğlu İƏT baş katibi İkmaləddin Ehsanoğlu ilə bu məsələni müzakirə edəcəyini deyib. “Ümid edirik İƏT ölkələri Afriqa ölkələrinə tez bir zamanda yardımlar etmək üçün yollar tapmaq üçün fövqəladə iclası yaxın günlərdə keçirəcəklər”, -deyə Davudoğlu deyib.
Davudoğlu yaxın günlərdə Cənubi Afriqa, Kenya və digər bir neçə Afriqa ölkəsinə səfər edəcək.
Afriqa ölkələrində xüsusi ilə Somali, Kenya, Sudan və Oqanda kimi ölkələrdə quraqlı nəticəsində on minlərlə insan ölümlə üz-üzə qalıb. Bu təhlükə həmçinin daha 12 milyon nəfər üçün mövcuddur. Həmin regionlarda yaşayn əhalinin əksəriyyəti müsəlmanlardır.837757
captcha