İQNA Quran agentliyinin məlumatına əsasən, Ayətullah Məkarim Şirazi bu gün Qum şəhərində Həzrət Məsumə (s) xanımın hərəmində çıxışı zamanı “Səba” tayfasının tarixindən danışıb və bildirib ki, bu tayfa vəzifə və sərvətə çatmağa çalışmaq üçün göstərdikləri səylərə görə Allah taalanın əzabına girftar oldular. “Quranda bu haqda buyurur ki, onlar Allahdan üz döndərdikləri üçün evləri, qəsrləri və bağları quru biyabana çevrildi”, -deyə Ayətullah Şirazi bildirib.
Ayətullah bildirib ki, İlahi əzab bu tayfaya nemətlərə şükr etmədikləri üçün nazil oldu. Onlara Allah sabitlik və bərəkət verdiyi halda onlar Allahdan üz çeviriblər və naşükürlük ediblər.
Ayətullah daha sonra Somali xalqının vəziyyəti haqda danışıb və müsəlmanların bu məzlum xalqa dəstək olması zəruriliyindən danışıb.
Mərcəi təqlid Ayətullah Şirazi İmam səhminin üçdə bir hissəsinin bu məzlum xalqa yardım kimi göndərilməsinə icazə verib və öz hesabından 10 min dollar həmin xalqa yardım edib. 838895