İqna Quran Xəbər Agentliyi (İQNA): “Sevimli kitabım” Quran jurnalının redaktoru, Nəsirəddin Tusi adına elmi təhqiqat mərkəzinin rəhbəri, eləcə də “Dinlər insanların xidmətində”, “Mədəni və dini cəmiyyət”, “Farabinin siyasi düşüncələrində dövlət anlayışı”, “Seyyid Qütbün məzhəblərarası bağlılıqları” və s. kitablarının mütərcimi A.Hüseynov 19-cu Beynəlxalq Qurani-Kərim sərgisində iştirak etmişdir.
İran Mədəniyyət nazirliyi, İslami və Mədəni Əlaqələr təşkilatı, İ.İ.R-nın xaricdəki mədəniyyət mərkəzlərinin həmkarlığı ilə Qurani-Kərim sərgisinin beynəlxalq əlaqələr şöbəsində dünyanın 20 ölkəsindən nümayəndələr təmsil olunur. Qeyd olunmalıdır ki, hər il Azərbaycandan Quran elmləri sahəsində fəal təhqiqatçılar, mütərcimlər bu beynəlxalq sərgidə iştirak edirlər.
Beynəlxalq Qurani-Kərim sərgisi avqustun26-a kimi hər gün saat 17:00-dan 23:00-a qədər sərgi həvəskarlarını qəbul edəcək. 841955