IQNA

14:15 - August 14, 2011
Xəbər sayı: 2170504

Pakistan guşəsində Həzrət Əliyə (ə) nisbət verilən Quran əlyazmasının nümayişi

Beynəlxalq şöbə: 19-cu Beynəlxalq Qurani-Kərim sərgisinin Pakistan guşəsində Həzrət Əliyə (ə) nisbət verilən Quran əlyazmasının çap nüsxəsi nümayiş etdirilmişdir.

İqna Quran Xəbər Agentliyi (İQNA): Kufi xəttində olan bu nüsxə Yasin, Saffat, Sad və Zümər surələrini ehtiva edir. 248 səhifəlik nüsxə Pakistanın “İmprint Publishing” nəşriyyatında nəşr edilmişdir.
Pakistan guşəsindən verilən məlumata görə, bu əlyazma Quran Teymur Ləngin vasitəsilə Dəməşqdən Hindistana aparılmış, sonrakı əsrlərdə ingilislərin əlinə düşmüşdür. Hal-hazırda Londonun “Britaniya” kitabxanasında saxlanılır.
Xatırladaq ki, Quran sərgisinin beynəlxalq şöbəsi avqustun 10-u çərşənbə günü axşamdan etibarən dünyanın 20 ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə açılmışdır. 841754
captcha