İqna Quran Xəbər Agentliyi (İQNA): Lejourguinee xəbər agentliyinin verdiyi məlumata görə, Konakri cümə məscidinin imamı Hacı Məmdu Salyu və şəhər kilsəsinin baş yepiskopu Vinsent Kolbali müştərək şəkildə Qvineyada Milli Barış komissiyasına rəhbər təyin olunmuşlar.
Komissiyanın yaradılmasından məqsəd ölkənin hərtərəfli durumunu yaxşılaşdırmaq üçün din rəhbərləri və siyasi qruplar arasında dialoqa zəmin yaratmaqdır. Həmçinin komissiya rəhbərləri müntəzəm surətdə öz fəaliyyətləri barədə ölkə rəhbərliyinə məlumat ötürməli, müxtəlif görüşlər təşkil etməklə ölkədə əqidə və mənsubiyyət ixtilaflarına son qoymaq və sülhü təmin etməkdə səy göstərməlidirlər.
Xatırladaq ki, Afrika qitəsinin şimal-qərbində yerləşən on bir milyonluq Qvineya əhalisinin 95 %-dən çoxu müsəlmanlardır. 845385