İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə çap olunan “7-ci gün” qəzetinin verdiyi məlumata görə, bu müsabiqə Misirin baş naziri İsam Şərəfin dəstəyi ilə təşkil olunur. Açılışda Əl-Əzhərin şeyxi Əhməd Teyyib, İslami vəqflər naziri Muhəmməd Əbdülfüzeyl Qovsi, digər nazirlər və İslam ölkələrini təmsil edən səfirlər, Əl-Əzhər universitetinin ustadları və İslami vəqflər nazirliyinin nümayəndələri iştirak edirlər.
İslami vəqflər naziri Muhəmməd Əbdülfüzeyl Qovsi müsabiqə ilə əlaqədar bunalrı deyib: “Tədbir İslami vəqflər nazirliyinin təşkilatçılığı ilə avqustun 26-a kimi davam edəcək. 19-cu beynəlxalq müsabiqə Qahirənin iki böyük məscidi olan “Nur” və “ər-Rəhmanir-rəhim” məscidlərində olacaq və ramazan ayının 26-da qalibləri mükafatlandırmaqla başa çatacaq. Müsabiqəyə müxtəlif kateqoriyalarda 65 ölkədən 99 iştirakçı qatılır. Münsiflər heyəti isə Ərəbistan, Suriya, Oman, Əlcəzair, Seneqal, Bəhreyn, Livan, Misir və İndoneziyadan olan 10 nəfərlik heyətdir.” 845034