İqna Quran Xəbər Agentliyi (İQNA): Londonda yaşayan və vətəni Bəhreyndəki xəlifə rejiminə müxalif olan siyasi aktivist və hüquqşünas Mühəmmədkazim Şəhabi İqna Quran Xəbər Agentliyinə verdiyi açıqlamasında deyir: “İngiltərədə hüquqlarından məhrum olmuş gənclərlə Britaniya dövlətinin belə rəftar etməsi onların ikili standartlarla ölkəni idarə etdiklərini açıb göstərdi. Britaniya bir tərəfdən İslam ölkələrində insan hüquqlarının tapdanmasını və azadlıqların məhdudlaşdırılmasını ittiham edir, digər tərəfdən isə özü öz ölkəsində dinc aksiyaçılarla zor tətbiq edərək davranır. Qərb ölkələrinin siyasəti ikiüzlülük üzərində qurulmuşdur. Onlar həmişə insan hüquqlarından, bəşəri dəyərlərdən danışır, növbə özlərinə gəldikdə isə bütün bunları unudur və insanlarla acımasız surətdə rəftar edirlər.”
O, sözünün davamında deyir: “Bu hadisələr Qərb demokratiyası adına bütün dünyaya ilk bayraq qaldıran bir ölkədə baş verir. Britaniya hərbçilərinin ölkə gənclərinin dinc aksiyalarına bu şəkildə davranması onu göstərir ki, beynəlxalq aləmdə şüar olaraq səsləndirdikləri insan hüquqlarına ümumiyyətlə heç bir dəyər vermirlər. Etirazlar bir çox məsələlərdən, o cümlədən ictimai ədalətsizlik, işsizlik, sərvətlərin ictimai təbəqələr arasında bərabər bölünməməsi və bu kimi problemlərdən xəbər verir. Qərb qeyri məntiqi dəxaləti ilə müsəlman ölkələrinin sərvətlərini talan edir, əvəzində onlara boş vədlər və nəsihətlər verir. Bu, Qərbin özünü böyük, dünyanı isə kiçik hesab etməsindən irəli gəlir. 843876