IQNA

Quran sərgisində “Qurani-Kərimdə antropologiya” mövzusunda görüş keçirildi

17:13 - August 19, 2011
Xəbər sayı: 2173452
Beynəlxalq şöbə: Avqustun 17-də Quran sərgisinin universitet guşəsində Azad İslam Universitetinin fəlsəfə kafedrasının ustadı Dr. Nəfisə Fəyyazbəxşin iştirakı ilə “Qurani-Kərimdə antropologiya” mövzusunda görüş keçirildi.
İqna Quran Xəbər Agentliyi (İQNA): İmam Xomeyni (r h) müsəllasında keçirilən 19-cu Beynəlxalq Quran sərgisindən verilən məlumata görə, görüşdə Dr. Fəyyazbəxş Qurandan, Nəhcül-bəlağədən, İmam Hüseynin (ə) ziyarətnaməsindən, həmçinin digər dəyərli İslam mənbələrindən insanın məqamı və xəlifətullah məsələsi barədə fikirlərini açıqlayıb.
O, bu görüşdə bildirib ki, xəlifətullah məqamı təkcə peyğəmbər və imamlara məxsus deyil, adi insanlar da müəyyən dərəcələrə çatmaqla xəlifətullah məqamına yetişə bilərlər: “Əgər insan mənlik hissini kənara qoyub Allaha xalis təslim olarsa və iradəsini ilahi iradə qarşısında məhv edərsə, xəlifətullah məqamına yetişə və Allahın sevimlisi ola bilər. Mübarək ramazan gecələri, xüsusilə Qədr gecələri nəfsi paklamaq, Allaha yaxınlaşmağa çalışmaq, ən ali məqam olan xəlifətullah məqamına çatmaq üçün gözəl fürsətdir.” 845636
captcha