İqna Quran Xəbər Agentliyi (İQNA): Nun xəbər agentliyinin verdiyi məlumata görə, İraqda keçirilən ölkə üzrə 8-ci Quran müsabiqəsində Müqəddəs İmam Hüseyn (ə) hərəminin Quran qariləri və hafizləri birliyinin nümayəndələri Muhəmməd Tahir İsa və Vail Yəhya Zahir birinci və ikinci yerləri qazandılar.
Kazimeyn şəhərinin Sədr salonunda keçirilən bağlanış mərasimində gözəl Quran qiraətlərindən, Quran barədə şerlər oxunduqdan sonra qaliblərə hədiyyələr verildi.
Müsabiqənin təşkilatçısı Ayətullah Seyyid Hüseyn Sədrin müəssisəsi ölkənin digər Quran müəssisələrindən, qiraət mütxəssislərindən ölkə üzrə müsabiqələrdə iştirak etmək üçün hər yerdə bu məsələlərə önəm verməyi vurğuladı. 845453