IQNA

12:28 - August 20, 2011
Xəbər sayı: 2173851

Yəməndə İnqilab Qüvvələrinin Milli Şurası yaradılıb

Beynəlxalq şöbə: Əli Abdulla Salehin hökuməti ilə müxalif olan yəmənli qüvvələr Yəməndə İnqilab Qüvvələrinin Milli Şurasını yaradıblar.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm telekanalının verdiyi məlumata görə, Əli Abdulla Salehin hökuməti ilə müxalif olan yəmənli qüvvələr avqustun 18-də “Səna” universitetində təşkil etdikləri görüşdə ölkədə müstəqil hakimiyyətin qurulması üçün bir addım olaraq milli şuranı yaratdıqlarını élan ediblər.
Şurada Əli Abdulla Salehin hökuməti ilə müxalif olan qüvvələrdən toplanmış 143 üzv vardır. Yəməndə yeganə qanuni nümayəndə olaraq onlar regional və beynəlxalq təşkilatlar tərəfindən tanınmaq üçün səylərini səfərbər ediblər. Yəmən İnqilab Qüvvələrinin Milli Şurası yaxın gələcəkdə şuranın rəhbərini və ölkənin inqilabi rəhbərliyini birbaşa öz öhdəsinə götürəcək 20 nəfərdən ibarət icraiyyə heyətini seçəcəklər.
Qeyd edək ki, bu şura Əli Abdulla Saleh Yəmənə qayıdışını elan etmək istəyindən bir neçə saat sonra yaradılmışdır. Əli Abdulla Salehin müxaliflərindən olan Muhəmməd Salim Basənduh bu barədə demişdir: “Yəmən İnqilab Qüvvələrinin Milli Şurası ölkənin inqilabı dəstəkləyən camaatı üçün siyasi vasitələrdən biridir.”846123
captcha