İqna Quran Xəbər Agentliyi (İQNA): BƏƏ-də nəşr edilən “Əl-Xəlic” qəzetinin verdiyi məlumata görə, bu müsabiqə BƏƏ-də hər il ramazan ayında keçirilən ən mühüm yarışmalardan biridir. Müsabiqədə müxtəlif yaş kateqoriyalarına aid 90 nəfər iştirak edib.
Xatırladaq ki, bu yarışma gənc və yeniyetmələr arasında Quranla əlaqə qurmaq, bu səmavi kitabı müqəddəs ramazan ayı boyunca qiraət etmək məqsədi daşıyır.
Müsabiqə Quranın kamil hifzi, 20, 15, 10, 5, 2 və 1 cüzün hifzi kateqoriyalarında təşkil olunmuşdu və yarışın sonunda qaliblər valideynlərinin və təşkilatçı qrupların iştirakı ilə dəyərli hədiyyələrlə mükafatlandırılıblar. 846094