IQNA

İslam televiziyası Salam TV Amerikanın Arizona ştatında yayımlanır

12:31 - August 20, 2011
Xəbər sayı: 2173855
Beynəlxalq şöbə: Ramazan ayının gəlişi ilə İslam televiziyası Salam TV Arizonanın Finiks şəhərinin müsəlmanları üçün yayımlanmağa başlayıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): SCPR xəbər agentliyinin verdiyi məlumata görə, bir ispan dilli kanal (channel 44) üzərindən yayım həyata keçirən Salam TV Finiks əhalisi üçün yayımlanan ilk İslam televiziya proqramıdır.
Channel 44-ün müdiri Con Truqliya deyib: “Müsəlmanlar üçün belə bir proqram tərtib etdiyimizə görə çox xoşbəxtik.”
Proqramın istehsalçısı M. Əhməd bu şəhərdə 120 min müsəlmanın yaşadığını qeyd edərək deyib: “Proqramda “İftarda bizə gəlin” verilişini hazırlayarkən müsəlman ailələrinin qonağı olur, müxtəlif mədəniyyətlərlə tanış oluruq. Bu da channel 44-ün əməkdaşları üçün çox həyəcanvericidir.”
Proqramda həmçinin Quranın orijinal dildə qiraəti ilə yanaşı ingilis dilində tərcüməsi də verilir ki, İslamı qeyrei-müsəlmanlara tanıtdırsın. Salam TV-nin ən ən başlıca məqsədi İslamı insanlara öyrətməkdir. İzləyicilər əsasən müsəlmanlar olsa da, qeyri-müsəlmanlarla da ünsiyyət qurmaq da proqramın məqsədlərindəndir.
M Əhməd deyib: “Çalışırıq ki, İslamın hələ də tanınmamış tərəflərini açıb göstərək. Ramazan ayından sonra da bunu davam etdirməyi düşünürük. Əlbəttə, ümid edirik ki, bir gün Finiksdə İslami bir kanal fəaliyyət göstərəcək.” 845501
captcha