İqna Quran Xəbər Agentliyi (İQNA): Centreislamique xəbər agentliyinin verdiyi məlumata görə, ramazan ayına həsr edilən qiraət və hifz üzrə Qurani-Kərim müsabiqəsi Belçika İslam Mərkəzinin dəstəyi ilə təşkil olunur.
Müsabiqə bu kateqoriyalar üzrə keçirilir: Quranın kamil hifzi və Hədid surəsinin təfsiri, təcvidlə Quranın kamil hifzi, 20 cüz ardıcıl hifz, həmçinin 10, 5 və 1 cüz ardıcıl hifz.
Maraqlananlar bu vebsayta müraciət edə bilərlər: www.centreislamique.be
Xatırladaq ki, müsabiqə yalnız kişilərə aiddir və heç bir yaş məhdudiyyəti yoxdur. 846055