IQNA

Fransada “İslam incəsənətinin yayılmasında Lion şəhərinin rolu” mövzusunda sərgi keçirilir

11:11 - August 22, 2011
Xəbər sayı: 2174923
Beynəlxalq şöbə: “İslam incəsənətinin yayılmasında Lion şəhərinin rolu” sərgisi Lion incəsənət muzeyində təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Islam Today xəbər agentliyinin verdiyi məlumata görə, sentyabrın 19-a qədər davam edəcək sərgidə müxtəlif əsrlərə aid müsəlman sənətkarlarının əsərləri nümayiş etdiriləcək.
Lion şəhəri XIX əsrdə İslam incəsənətinin Avropada kəşf olunmasında mühüm rol oynamış şəhərlərdəndir. XVIII əsrdə böyük mədəni sıçrayış etmiş bu şəhərin sakinləri qiymətli əşyaları kolleksiya toplamağa səy edirdilər. 1860-cı ildən başlayaraq lionlu kolleksiyaçılar İspaniya, Misir, Mərakeş, Türkiyə və Orta Şərqin digər ölkələrindən müsəlmanlara aid çoxlu dəyərli əsərlər toplamağa nail olmuşlar.
“İslam incəsənətinin yayılmasında Lion şəhərinin rolu” sərgisi XVIII və XIX əsrlərdə Lionda İslam incəsənəti tarixini, əsərlərin bu şəhərə necə gəlib çıxmasını və İslam incəsənətinin Avropa incəsənətinə təsirini açıb göstərir. 846504
captcha