IQNA

11:17 - August 22, 2011
Xəbər sayı: 2174927

Qəzzafi rejiminin ikinci şəxsi inqilabçılara qoşuldu

Beynəlxalq şöbə: İnqilabçıların Liviyanın paytaxtı Tripoliyə doğru böyük irəliləyişinin elan olunmasından sonra Qəzzafi rejiminin ikinci şəxsi Əbdüssalam Cəlud inqilabçılara qoşulub.

İqna Quran Xəbər Agentliyi (İQNA): Regional “Darul-həyat” qəzetinin verdiyi məlumata görə, inqilabçıların sözçüsü polkovnik Əhməd Ömər deyib: “Cəlud avqustun 19-da Tripolini tərk edərək inqilabçılara qoşulub.”
Onun Ben qazidə olub-olmaması barədə verilən suala isə polkovnik belə cavab verib: “Təhlükəsizlik tədbirləri ilə bağlı Cəludun yerini deyə bilmərik.”
Liviya inqilabçılarına yaxın mənbədən verilən xəbərə görə, Cəlud ailəsi ilə birlikdə paytaxtı tərk edərək Tripolinin cənub-qərbində özünü inqilabçılara təslim etmişdir. 846577
captcha