İqna Quran Xəbər Agentliyi (İQNA): İnflyasiyanın artması və tacik milli pulunun dəyərinin itməsi Həcc səfərinin qiymətinə də öz mənfi təsirini göstərmişdir.
Tacikistanın dini işlər üzrə dövlət komitəsinin müavini avqustun 20-də media ilə söhbətində deyib: “Hələ Həcc səfərinin başlamasına bir müdət qalmışdır. İnflyasiya davam edəcəksə, bu bahalaşmanın qarşısını kimsə ala bilməz. Ona görə də biz həccə getmək istəyənlərdən Həcc xərclərini dollarla almağı qərara gəldik.”
Qeyd edək ki, narazılığa səbəb ötən ilki 3191 dollarlıq qiymətin bu il artaraq 3348 dollara çatmasıdır. 847226