İqna Quran Xəbər Agentliyi (İQNA): Proqramın təşkilatçılarının dediyinə görə, Rusiyada Yaşayan Millətlərlə Milli-Mədəni Münasibətlər Mərkəzinin dəstəyi ilə hazırlanmış və müsəlman millətlərdən tatar, başqırd, özbək, tacik, dağıstanlıların qatıldığı bu aksiyada izləyicilər hər millətə məxsus mədəniyyət, adət-ənənə və mətbəxlə tanış olacaqlar.
Tədbirdə həmçinin uşaqlar üçün maraqlı əyləncələr, yeniyetmə və xanımlar üçün isə xüsusi proqramlar hazırlanıb. Bura gələnlər həm də Ural məntəqəsində İslamın tarixi ilə tanış ola bilərlər.
Xatırladaq ki, aksiya avqustun sonuna kimi davam edcək. 848309