IQNA

18:07 - August 28, 2011
Xəbər sayı: 2178234

Cümə namazında yüzminlərlə fələstinli Əqsa məscidində

Beynəlxalq şöbə: 300 mindən çox fələstinli son cümə günündə Əqsa məscidində birlikdə namaz qılıblar.


İqna Quran Xəbər Agentliyi (İQNA): CPI xəbər agentliyinin verdiyi məlumata görə, siyonist rejimin Əqsa məscidinə müsəlmanların gəlməsinə qarşı ciddi tədbirlər almasına baxmayaraq, Beytul-müqəddəs və işğal olunmuş ətraf məntəqələrin 300 mindən çox müsəlman sakini bu müqəddəs məscidə toplanmış və ramazan ayının son cümə namazını qılmışlar.
Əqsa məscidinin xətibi və imam-cüməsi yüzminlərlə fələstinlinin təzahüratlarını dəstəkləyərək Əqsa məscidini ələ keçirmək istəyənlərə ağır cavab vermişdir.
Həmçinin, “Qüds iris və vəqfi” müəssisəsi cümə günü cümə namazından sonra bəyanat yayaraq bu izdihamlı cümə namazının əzəmətindən danışmış, məhdudiyyətlərə baxmayaraq yüzminlərlə insanın müqəddəs məkana toplanmasını siyonist rejiminə sərt bir mesaj olduğunu bəyan etmişdir. Qeyd olunmuşdur ki, siyonist təhdidlərinin fələstin xalqına heç bir təsiri yoxdur. 850449
captcha