İqna Quran Xəbər Agentliyi (İQNA): Rasid xəbər agentliyinin verdiyi məlumata görə, Huccətul-islam Həsən Səffar cümə namazının xütbəsində Liviya xalqını qələbə münasibətilə təbrik edib, bəzilərinin ədaləti bərqərar etmək üçün kənar qüvvələrdən kömək istəmələrini tənqid edərək deyib: “Muəmmər Qəzzafi ərəb dünyasının zalım diktatorlarından idi. Liviya xalqı bu böyük inqilabla diktatorluğa və zülmə son qoya bildi.”
O, başqalarının Liviyanın daxili işlərinə qarışmasını, həmçinin işğalçı İsrail rejiminin cinayətlərini tənqid edərək deyib: “NATO-nun Liviyanın daxili işlərinə müdaxiləsi qələbənin şirinliyini acı edir. Digər tərəfdən, Qərb artıq 60 ildir ki, İsrailin Fələstinə qarşı apardığı cinayət dolu siyasətinə göz yumur. Buna görə də Beynəlxalq Qüds Gününün əhəmiyyətini dərk etmək lazımdır.” 850392