IQNA

Liviya inqilabı insanların azadlıq və İslam uğrunda qiyamıdır

18:33 - August 28, 2011
Xəbər sayı: 2178254
Beynəlxalq şöbə: Tripolinin “Mizran” məscidinin imam-cüməsi cümə xütbəsində deyib: 42 ildən sonra Liviya xalqı azadlıq qazanmaq və İslama qayıtmaq uğrunda mübarizəyə qalxdılar.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Romandie xəbər agentliyinin verdiyi məlumata görə, inqilabçılarla çiyin-çiyinə mübarizə aparan Liviyanın məşhur alimlərindən Şeyx Vanis Məbruk Qəzzafi rejiminin süqutundan sonra Liviyanın paytaxtı Tripoli şəhərində baş tutan ilk cümə namazında minlərlə insanın qarşısında çıxış edərək deyib: “Liviya inqilabı bir möcüzədir. Alllah bizə kömək oldu ki, bu zülm məngənəsindən azad olaq. Bu xalq qiyamı yenidən İslami dəyərlərə qayıtmaq uğrunda inqilaba döndü və qələbə çaldı.”
O, sözünün davamında xalqı bu inqilab münaibətilə təbrik edərək deyib: “Bilməliyik ki, mübarizə hələ sona çatmayıb. 42 illik zülmdən sonra indi ölkəni tərəqqiyə doğru aparmalıyıq. Mən Qəzzafi tərəfdarlarından istəyirəm ki, silahları yerə qoyub təslim olsunlar və qan tökülməsini dayandırsınlar. Bundan sonra heç bir qüvvə bizi bu müqavimət və hərəkatdan saxlaya bilməyəcək.” 850335
captcha