İqna Quran Xəbər Agentliyi (İQNA): Romandie xəbər agentliyinin verdiyi məlumata görə, inqilabçılarla çiyin-çiyinə mübarizə aparan Liviyanın məşhur alimlərindən Şeyx Vanis Məbruk Qəzzafi rejiminin süqutundan sonra Liviyanın paytaxtı Tripoli şəhərində baş tutan ilk cümə namazında minlərlə insanın qarşısında çıxış edərək deyib: “Liviya inqilabı bir möcüzədir. Alllah bizə kömək oldu ki, bu zülm məngənəsindən azad olaq. Bu xalq qiyamı yenidən İslami dəyərlərə qayıtmaq uğrunda inqilaba döndü və qələbə çaldı.”
O, sözünün davamında xalqı bu inqilab münaibətilə təbrik edərək deyib: “Bilməliyik ki, mübarizə hələ sona çatmayıb. 42 illik zülmdən sonra indi ölkəni tərəqqiyə doğru aparmalıyıq. Mən Qəzzafi tərəfdarlarından istəyirəm ki, silahları yerə qoyub təslim olsunlar və qan tökülməsini dayandırsınlar. Bundan sonra heç bir qüvvə bizi bu müqavimət və hərəkatdan saxlaya bilməyəcək.” 850335