IQNA

Fransa Müsəlmanları Şurası Fitr bayramını təyin etmək üçün görüş keçirir

18:37 - August 28, 2011
Xəbər sayı: 2178255
Beynəlxalq şöbə: Fransa Müsəlmanları Şurası mübarək Fitr bayramını təyin etmək üçün avqustun 29-da Paris məscidində görüş keçirəcək.
İqna Quran Xəbər Agentliyi (İQNA): Lefigaro xəbər agentliyinin verdiyi məlumata görə, Fransa Müsəlmanları Şurası bu günlərdə bəyanat yayaraq bildiriblər ki, şura Fransa məscidlərinin imamları ilə birlikdə avqustun 29-da toplanıb ramazan ayının son gününü və Fitr bayramını təyin edəcəklər.
Şuradan verilən məlumata görə, bayramın avqustun 30-da olmaq ehtimalı çox azdır. Əlbəttə, ayın 31-də olmaq ehtimalı da zəif hesab edilir. Bəyanatın sonunda ölkə müsəlmanlarının qarşıdan gələn bayramı təbrik edilib və ümid edilib ki, bayram gününün dəqiq tarixi oruc tutanlara élan olunacaq.
Xatırladaq ki, fransa müsəlmanları ramazan ayının əvvəlini avqustun 1-dən hesablayırlar. 850294
captcha