Beynəlxalq şöbə: Bəhreyn şiələrinin rəhbəri və “İmam Sadiq (ə)” cümə məscidinin cümə xətibi Ayətullah İsa Qasim cümə namazı xütbəsində ona qarşı olan ittihamlara cavab verərək deyib: “Peyğəmbər (s) sirəsində cümə namazı mənbərinin vəzifəsi İslamı təbliğ etməkdir. Əlbəttə, insanların istədiyi kimi deyil, Allahın istədiyi kimi.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Livanda nəşr olunan “İntiqad” qəzetinin yazdığına görə, Ayətullah İsa Qasim bu barədə deyib: “Siyasi islahatlar Bəhreyndə ümumi islahatların ilk addımıdır. Heç bir siyasi quruluş bu islahatlar olmadan işini davam etdirə bilməz. Dünya diktatorları bir-birinin ardınca süqut edir. Qalanlar da ciddi təhdidlərlə qarşı-qarşıyadırlar.”
O, sözlərinin davamında deyib: “Peyğəmbər (s) sirəsində cümə namazı mənbərinin vəzifəsi İslamı təbliğ etməkdir. Əlbəttə, bu təbliğ insanların istədiyi kimi deyil, Allahın istədiyi kimi olmalıdır. Bu mənbər cəmiyyətin müxtəlif sahələrində baş verənləri həftəlik mülahizə etmək və səhvləri düzəltmək üçün yollar göstərmək üçündür. Bu tribuna iqtisadi, siyasi və s. işlərin islah edilməsi üçündür.”