IQNA

13:07 - September 05, 2011
Xəbər sayı: 2181693

İmam Musa Sədrin adına təşkil olunan mərasimdə iştirak etmək üçün Livandan nümayəndə heyəti göndərilib

Beynəlxalq şöbə: İmam Musa Sədrin və yoldaşlarının qaçırılmasının ildönümünə həsr edilmiş mərasimdə iştirak etmək üçün Livan şiələrinin Ali Şurasının bir qrup nümayədəsi İtaliyaya və Almaniyaya ezam olunub.

İqna Quran Xəbər Agentliyi (İQNA): Livanda nəşr edilən “İntiqad” qəzetinin verdiyi məlumata görə, Sur və Cəbəl Amilin müftisi Şeyx Həsən Əbdullahın başçılığı ilə Livan şiələrinin Ali Şurasının bir qrup nümayəndəsi sentyabrın 2-də İmam Musa Sədrin və yoldaşlarının qaçırılmasının ildönümünə həsr edilmiş mərasimdə iştirak etmək üçün Avropaya ezam olunub.
Livanlı nümayəndə heyəti İtaliyanın Milan şəhərinin kilsə məsulları ilə, İtaliya və Almaniyada yaşayan livanlılarla, həmçinin dini təşkilatlarla görüş keçirəcəklər.
Livanlı müfti Şeyx Həsən Əbdullah İmam Musa Sədrin cəmiyyət üçün bir məktəb olduğunu və cəmiyyətin həqiqi iman və sülh şəraitində yaşamağı öyrənməsi üçün bu məktəblə birlikdə hərəkət etmələrinin lazım olduğunu bildirib.
O, həmçinin İmam Musa Sədrin və yoldaşlarının aqibətinin Liviya Milli Keçid Şurası tərəfindən araşdırılmasının və Livanın da bu yöndə onlara kömək etməli olduğunun zəruriliyini vurğulayıb. 853548
captcha