İqna Quran Xəbər Agentliyi (İQNA): Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Milli Televiziyasının “Vətən” proqramında çıxış edərək bayram təbriki edib.
O, həmçinin qeyd edib ki, Qurana tabe olmaq, keçmişləri xatırlamaq, müqəddəs məkanları ziyarət etmək bu ölkə insanlarının müqəddəs və ənənəvi vəzifəsidir. Ramazan ayı bu millətin xüsusi hörmət etdiyi, Allah ziyafətinə qonaq olduğu, əxlaqi fəzilətlərə yiyələndiyi ayıdır.
Xatırladaq ki, ölkə prezidentinin verdiyi əfv fərmanına əsasən, bayram münasibətilə 3370-dən çox məhbus azadlığa buraxılıb.853524