İqna Quran Xəbər Agentliyi (İQNA): Livanda nəşr edilən “İntiqad” qəzetinin verdiyi məlumata görə, İordaniyada fəaliyyət göstərən İxvanul-müslimin hərəkatının başçısı Həmmam Səid İordaniyanın İsrail tərəfindən davamlı xəyanətə və hücumlara uğradığını və buna görə də İordaniya hökumətinin işğalçı rejim qarşısında güclü və tutarlı təpki sərgiləməyinin lazım olduğunu ifadə edib.
Həmmam Səid bildirib ki, Misir və İordaniyanın bir zamanlar İsrail ilə sülh məqsədli Camp David kimi razılaşmaların ləğv edilərək İsrailin təhdidləri qarşısında işğalçı rejimə bu şəkildə cavab verilməsinin lazım olduğunu söyləyib. 854308