İqna Quran Xəbər Agentliyi (İQNA): Hawzah xəbər agentliyindən verilən məlumata görə, Rəhbərin Beynəlxalq İşlər üzrə müşaviri Əli Əkbər Vilayəti mətbuat konfransında bildirib ki, İ.İ.R-nın mütəfəkkirlərindən bir qismi müəyyən vaxtlarda İslami oyanış mövzusuna toxunublar və buna görə də bu konfransı keçirmək zərurəti meydana gəlib.
Beynəlxalq konfransın rəsmi dairələrə deyil, mütəfəkkirlərə əsaslandığını deyən Vilayəti qeyd edib ki, dünyada İslami oyanış mövzusu xüsusi olaraq müzakirə olunacaq.
Konfransda həmçinin Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İslami Əlaqələr və Mədəniyyət İdarəsi, İslami Məzhəblərin Yaxınlaşma Birliyi, İslam dünyasının Radio-Televiziya İttifaqı, Dünya Əhlibeyt Cəmiyyəti, İslami Təbliğat İdarəsi və s. qurumlar təmsil olunacaq. 855099