IQNA

Qəzzafi rejiminin spikeri Liviya diktatorunun səhhəti haqqında məlumat verib

19:36 - September 07, 2011
Xəbər sayı: 2183381
Beynəlxalq şöbə: Qəzzafi rejiminin spikeri Musa İbrahim açıqlayıb ki, Qəzzafinin səhhəti yaxşıdır və hal-hazırda Liviyanın bir şəhərində yaşamaqdadır.

İqna Quran Xəbər Agentliyi (İQNA): TDG xəbər agentliyinin verdiyi məlumata görə, Qəzzafi rejiminin spikeri Qəzzafinin hal-hazırda Liviyada olduğunu və inqilabçıların onu asanca tapa bilməyəcəklərini bildirib.

O, sözünün davamında deyib ki, Qəzzafinin oğulları, ölkənin rifahı və gələcəyi üçün özlərini fəda etməyə hazırdırlar. Sonda Liviyanın heç bir zaman düşməyəcəyini, bütün şəhərlərini yenidən qazanana qədər mübarizə aparacaqlarını vurğulayıb. 855440
captcha