İqna Quran Xəbər Agentliyi (İQNA): Dünya Əhli Beyt Cəmiyyətinin 5-ci qurultayının mətbuat konfransında çıxış edən cəmiyyətin rəhbəri Muhəmmədhüseyn Əxtəri zirvə toplantısının proqramının məzmununu açıqlayarkən deyib: Göründüyü kimi İslam təlimlərinə əsaslanan və 32 il ərzində daim inkişaf edib çiçəklənən İran İslam İnqilabı, İslam və İnqilab düşmənlərinin səylərinə baxmayaraq, bütün dünyada yayılıb çoxalır. Bu gün İmam Hüseyn (ə) məktəbi və şiə məzhəbi İslam İnqilabının bərəkətindən genişlənir və bütün dünyanı əhatə edir. Region ölkələrinin çoxunda şahidi olduğumuz İslami oyanış hərəkatları şübhəsiz, İmam Xomeyni (r h) düşüncələrinin nəticəsi və İran İslam İnqilabının ən mühüm nailiyyətlərindəndir.
O, həmçinin Dünya Əhli Beyt Cəmiyyətinin yaranma tarixindən, 12 il bundan qabaqkı ilk addımlarından danışıb.
Mətbuat konfransının sonunda Dünya Əhli Beyt Cəmiyyətinin sədri cənab Əxtəri media nümayəndələrinin suallarına cavab verib.
Xatırladaq ki, Dünya Əhli Beyt Cəmiyyətinin 5-ci zirvə toplantısı yerli və xarici 500 alimin iştirakı ilə 11-14 sentyabr aralığında Tehranda təşkil ediləcək. 856417