İqna Quran Xəbər Agentliyi (İQNA): İSESCO-nun xəbər agentliyindən verilən məlumata görə, sionist əhalinin məscidi yandırmasından sonra bu qurum hadisəni pisləyən bəyanat yayaraq bu addımın insan hüquqlarına, beynəlxalq qanunlara, BMT və UNESCO qətnamələrinə zidd olduğunu açıqlayıb.
İSESCO bu bəyanatda həmçinin beynəlxalq təşkilatlardan sionist rejimə təzyiq göstərməyi, fələstinlilərin hüquqlarının bərpa olunması və işğal olunmuş ərazilərin təhlükəsizliyi, müsəlmanların ibadət yerlərinin qorunması üçün çalışmalarını istəyib. 856200