IQNA

Özbəkistan müftisi dinlərarası dostluq və anlaşmanın zəruriliyindən danışıb

18:50 - September 08, 2011
Xəbər sayı: 2183669
Siyasi və ictimai şöbə: Özbəkistan müftisi şeyx Osmanxan Əlimov din rəhbərləri arasında münasibətlərin yaranmasının, dinlərarası dostluq və anlaşmanın zəruriliyindən danışıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Ca-news org xəbər agentliyindən verilən məlumata görə, Özbəkistan müftisi istiqlaliyyət ildönümü münasibətilə ölkədə yaşayan qeyri-müsəlmanlarla görüşündə bildirib ki, din rəhbərləri öz aralarında sağlam münasibət qurmalıdırlar. Onların bu yöndə fəaliyyətləri müsəlmanlar arasında öz müsbət təsirini qoyacaq.

Görüşdə həmçinin Daşkənt ortodoks kilsəsinin baş keşişi Vikenti, Roma katolik kilsəsinin baş keşişi Matsulevich Eji, lüter alman kilsəsinin baş keşişi Korney Vibe və erməni kilsəsinin keşişi Artak Loretsyan iştirak etmişlər. 856473
captcha