Beynəlxalq şöbə: Suriya Məclisinin baş katibi bildirib ki, Ərəb birliyi Suriya üçün, xüsusilə Amerikanın açıq müdaxilələrinin ardından, heç bir layihə və fikir irəli sürməyib, halbuki bu birliyin Suriyaya qarşı öhdəlikləri vardır və bunları yerinə yetirməsi lazımdır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyindən verilən məlumata görə, Suriya Məclisinin baş katibi Xalid Əbud mövzu haqqında açıqlama verərək bildirib ki, bölgədə olan bəzi Ərəb dövlətləri Amerikanın Suriyanın daxili işlərinə rahat və təsirli bir şəkildə qarışa bilməsi üçün mühit hazırladıqlamıəşlar.
Xalid həmçinin öz açıqlamasında Suriya xalqının xarici güclərin ölkənin daxili işlərinə müdaxilə etməsinə etiraz etdiyini və ölkənin gələcək müqəddəratını təyin etmə gücünə sahib olduqlarını söyləyib. 857320