IQNA

16:14 - September 10, 2011
Xəbər sayı: 2184528

İSESCO fələstinli müəllimlərin təlim kursu keçmələrinə dəstək olub

Beynəlxalq şöbə: İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) fələstinli müəllimlərin Qüdsdə təlim kursu keçmələrinə dəstək olmaq məqsədilə xüsusi büdcə ayırıb.

İqna Quran Xəbər Agentliyi (İQNA): İSESCO-nun mətbuat xidmətindən verilən məlumata görə, bu qurum Fələstin Milli Mədəniyyət və Təhsil Komissiyasının fələstinli müəllimlərin təlim kursu keçmə planını dəstəkləyərək bu plan üçün xüsusi büdcə ayırdığını elan edib.
Miqdarı hələ də məlum olmayan büdcə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının 2011-ci il təhsil proqramları çərçivəsində xərclənəcək.
Rəməllahdakı Fələstin Milli Mədəniyyət və Təhsil Komissiyası hal-hazırda İSESCO ilə həmkarlıq edərək ümumtəhsil məktəbləri üçün mütəxəssislərin hazırlanması, bununla da Qüdsdə təhsil səviyyəsinin qaldırılması yolunda işlərini davam etdirir. 857240
captcha