İqna Quran Xəbər Agentliyi (İQNA): Lakxno şəhərinin cümə xətibi Seyyid Kəlb Cəvad Nəqəvi son cümə günü Asəfi məscidindəki xütbəsində İslam düşmənlərinin Cənnətul-bəqi hadisəsindən istifadə edərək şiə və sünnilər arasında ixtilaf yaratmağa səy edənlərin mövcud olduğunu deyib.
O, Amerika və Qərbin xidmətində duran Ali-Səud dövlətinin bu mövzudan istifadə edərək şiə və sünnilər arasında ixtilaf və düşmənlik yaratmağa çalışdığını qeyd edib. Xətib həmçinin xütbənin sonunda xalqı düşmənlərin hiylələrinə aldanmamağa çağırıb. 857482