IQNA

16:06 - September 12, 2011
Xəbər sayı: 2185977

Netanyahu Misirdəki İsrail səfirliyinin ələ keçərilməsindən narahat olub

Beynəlxalq şöbə: İşğalçı rejimin baş naziri Benyamin Netanyaho işğalçı İsrailin Misirdəki səfirliyinin misirli inqilabçılar tərəfindən işğal edilib ələ keçərilməsindən narahat olduğunu dilə gətirərək bu ölkədə olan səfirliyin fəaliyyətinin yenidən bərpa olunacağını bildirib.


İqna Quran Xəbər Agentliyi (İQNA): İordaniyada nəşr edilən “Dəstur” qəzetinin yazdığına görə, işğalçı İsrailin baş naziri Benyamin Netanyahu Misirdəki İsrail səfirliyində meydana gələn hadisələri təhlükəli bir cəhd olaraq şərh edib.

Netanyahu beynəlxalq hüquqa təcavüz kimi dəyərləndirilən belə əhəmiyyətli bir mövzunu Misir rəsmilərinin sadə bir mövzu kimi görməsinə etiraz edib. İsrail radio stansiyalarından biri isə bəyan edib ki, Misir təhlükəsizlik gücləri israilli elçinin vəzifəlilərinə xitam vermək üçün gərəkən işləri görüb. 858634

captcha