IQNA

İşğalçı sionist səfirinin yenidən Qahirəyə dönməsi üçün Misir və İsrail arasında danışıqlar gedir

18:37 - September 13, 2011
Xəbər sayı: 2186805
Beynəlxalq şöbə: Sionist səlahiyyətliləri sentyabrın 12-də İsrail səfirinin yenidən Qahirəyə dönməsini təmin etmək məqsədilə misir rəsmiləri ilə görüşmək üçün Qahirəyə gediblər.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirin “Əhram”qəzetinin verdiyi məlumata görə, israilli rəsmilər Misirlə olan qarşılıqlı əlaqələri və İsrail səfirinin yenidən Qahirədə vəzifəsinə başlamasını müzakirə etmək məqsədilə Qahirəyə gəliblər.
Əldə edilən məlumata görə, onlar İsrail səfirliyində çalışanların Qahirəyə dönmə yollarını araşdıracaqlar. Sionist İsrailə aid “The Jerusalem Post” qəzetində israilli rəsmilərin inqilabçı misirli gənclərin dağıtdığı səfirlik binasının yerinə yeni bina axtardıqları xəbərini yayıb.
İşğalçı İsrailin baş naziri Netanyahu mətbuat konfransında da bu mövzuya toxunaraq misirli səlahiyyətlilərlə bu mövzunun həll edilməsi üçün danışıqların gedəcəyini vurğulayıb. 859342


captcha