IQNA

22:57 - September 13, 2011
Xəbər sayı: 2186877

İslam məzhəbləri Əhli Beytə (ə) məhəbbəti vəhdət meyarı hesab etməlidirlər

Beynəlxalq şöbə: Türkiyənin Mərmərə Universitetinin İslam Hüququ üzrə professoru Əli Bardakoğlu İslami vəhdətə nail olmaq üçün Əhli Beytə (ə) məhəbbəti meyar götürməyin zəruriliyini vurğulayıb.


İqna Quran Xəbər Agentliyi (İQNA): “Asiya din və millətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Əli Bardakoğlu bildirib ki, sülh və asayiş düşmənləri ixtilafları rəngarəng və çoxtərəfli göstərməyə can atırlar. Müsəlmanlar bu hiylələrə aldanmamalı və müştərək dəyərlər ətrafında birləşməlidirlər. İslam insanları din müxtəlifliyinə baxmayaraq həmişə vəhdətə və qardaşlığa səsləyir.

O, qeyd edb ki, İslami vəhdətə nail olmaq üçün Əhli Beytə (ə) məhəbbəti meyar götürmək zəruridir. Bundan başqa Mövləvi və İbn Ərəbi, Molla Sədra kimi müsəlman mütəfəkkir və alimlərin dəyərli düşüncələrindən istifadə etməklə də buna nail olmaq olar.

Xatırladaq ki, Əli Bardakoğlu 1952-ci ildə Türkiyədə dünyaya gəlib. O, hal-hazırda Mərmərə Universitetinin İlahiyyat fakültəsində İslam hüququndan dərs deyir. Türk dilində Ankarada nəşr edilən “Din və cəmiyyət” kitabı onun əsərlərindəndir.859490

captcha