IQNA

Pakistanlı qadın hacılar yanlarında müşayiətçi olmadan Həccə gedə biləcəklər

23:07 - September 13, 2011
Xəbər sayı: 2186886
Siyasi və ictimai şöbə: Pakistanlı şiə qadınlar Həcc dövründə artıq yanlarında müşayiətçi olmadan Həcc ziyarətlərini reallaşdıra biləcəklər.
İqna Quran Xəbər Agentliyi (İQNA): Ərəbistan dövləti pakistanlı qadın hacıların təkbaşına həcc ziyarətlərini reallaşdırmaq üçün bu ölkəyə getmələrini qadağan etmişdi. Bu mövzu haqqında Pakistan Şiə Hacılar Birliyinin Ərəbistan Həcc səlahiyyətliləri ilə görüşməsi nəticəsində pakistanlı subay qadınların yanlarında müşayiətçi olmadan həcc ziyarətlərini yerinə yetirməkdə yaranmış problem artq həll edilib.

Xatırladaq ki, bu il ilk dəfə pakistanlı qadınlar bu formada Həcc ziyarətinə gedəcəklər. 858765

captcha