IQNA

15:22 - September 15, 2011
Xəbər sayı: 2187737

Dünya iqtisadi böhrandan İslam iqtisadiyyatından faydalanaraq xilas ola bilər

Siyasi və ictimai şöbə: Sentyabrın 13-də “Müslim Əligireh” Universitetində təşkil edilən iqtisadiyyat iclasında “İslam iqtisadiyyatı və bu iqtisadiyyatın dünyadakı yeri” mövzusunda görüş keçirilib. Görüşdə dünyanın böhrandan İslam iqtisadiyyatından faydalanaraq xilas ola biləcəyi vurğulanıb.

İqna Quran Xəbər Agentliyi (İQNA): Bir çox iqtisadi ekspert və sərmayəçinin qatıldığı iqtisadi yığıncağı universitetin İqtisadiyyat Kafedrasının rəhbəri Vəlid Ənsarının çəxəşə ilə başlayıb.

Məşhur İslam iqtisadçılarından olan Cavid Əxtər çıxışında bildirib ki, İslam faizi qadağan edir və bu, İslam iqtisadiyyatının gözəl xüsusiyyətlərindəndir.

O, həmçinin qeyd edib ki, dünyada bir çox ölkənin başqa bir ölkəyə həddən artıq miqdarda borclu olması iqtisadi böhrandan çıxa bilməməsinə səbəb olur, dünya ölkələri bu böhranları aradan qaldırmaq üçün İslam iqtisadiyyatını nümunə götürməlidirlər. 860647
captcha