IQNA

16:21 - September 21, 2011
Xəbər sayı: 2191574
Beynəlxalq şöbə: Yəmən diktatoru Əli Əbdullah Saleh rejiminə məxsus hərbi təyyarə sentyabrın 19-da sübh vaxtı ölkənin cənubunda yerləşən Təiz şəhərinin Hürriyyət meydanındakı nümayişçilərə bomba yağdırıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əlcəzirə kanalının verdiyi məlumata görə, Saleh rejiminin hərbi qüvvələri Təiz şəhərinin Hürriyyət meydanını hərbi təyyarələrlə bombalayıblar. Bu şəhərin durumu son günlərdə kritik hal alıb. Bu hücumun ardından yüzlərlə insanın xəsarət aldığı bildirilir. Hücum zamanı canını qurtarmaq üçün insanlar meydanın ətrafındakı binalara sığınmağa çalışıblar.
Bu rejim ötən günlərdə də nümayişləri dağıtmaq üçün hərbi gücdən istifadə etmişdi. Səna şəhərində milyonların qatıldığı nümayişlərdə də qarşıdurma zamanı 26 nəfərin öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir. Ölənlərin sayının artacağı da istisna olunmur.863601
Ad:
E-poçt:
* Comment:
* captcha: