IQNA

Qahirənin rahatsızlığı Amerikanın müsəlmanlar əleyhinə törətdiyi təxribatların bir hissəsidir

13:03 - October 12, 2011
Xəbər sayı: 2203700
Beynəlxalq şöbə: Livanın Hizbullah hərəkatı mehr ayının 18-i Misir müsəlmanları ilə xristianları arasında yaranmış təfriqələrin törətdiyi narahatlıqla bağlı bəyamnamədə Qahirənin rahatsızlığını Amerikanın müsəlmanlar əleyhinə törətdiyi təxribatların bir hissəsi adlandırdı.

İran Quran Xəbər Agentliyi (İQNA): «lorientlejour» xəbər bürosunun məlumatına əsasən, Hizbullah bu bəyannaməni nəşr etməklə bu hadisəni Misir, ərəb, müsəlman və xristian düşmənlərinin təxribatı adlandırdı.
Bəyannamənin başqa bir hissəsində yazılmışdır: Bir çox Misir sakinlərinin öldürülməsi ilə nəticələnən bir neçə saat öncə baş vermiş hadisələr çox qəmlidir, şübhəsiz bu hadisələr Amerikanın milliyyət və dini zəmində törətdiyi bir planıdır.
Hizbullah bəyannamənin sonunda Misir xalqına düşmənlərin hiylələrindən uzaq olmağı və öz məsələlərinin həlli üçün danışıqlar yolunu seçməyi tövsiyyə etdi. 877574
captcha